Premyer Liqa: “Kəpəz” “Karvan”a, “Sumqayıt” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda iki autsayder – sonuncu pillədə qərarlaşmış “Kəpəz” səfərdə “Karvan”la qarşılaşacaq. Bu, uzun müddətdən sonra doğma meydanına qovuşmuş Yevlax təmsilçisinin doğma azarkeşləri qarşısındakı ilk görüşü olacaq.

Günün digər oyunu “Sumqayıt”la son çempion və lider “Qarabağ” arasında keçiriləcək. Sumqayıtlılar bu görüşdə qalib gəlsələr, Ağdam təmsilçisinə zirvədə şərik olacaqlar.

Premyer Liqa
12-ci tur

21 noyabr

“Karvan” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

22 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

“Zirə” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

23 noyabr

“Sabah” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Masazır Arena”, 15:00.

“Neftçi” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: