Premyer Liqa: 13-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

13-cü turun görüşləri 3 günü əhatə edəcək. Tura noyabrın 28-də Yevlaxda start veriləcəksə, son oyunlar ayın 30-da keçiriləcək. Turun qapanı matçında “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Premyer Liqa
13-cü tur

28 noyabr

“Kəpəz” – “Zirə”
Yevlax şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Neftçi”
Tovuz şəhər stadionu, 18:30.

29 noyabr

“İmişli” – ”Sabah”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Qarabağ” – “Karvan”
Bakı. “Azərsun Arena”, 17:00.

30 noyabr

“Şamaxı” – “Sumqayıt”
Şamaxı şəhər stadionu, 14:00.

“Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: