Liqa 1: PSJ “Havr”ı 3 cavabsız qolla məğlub etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Strasburq”u tək qolla yenib. Səfərdə “Renn”lə qarşılaşmış “Monako” bu oyunda böyük hesabla məğlub olub. PSJ isə evdə “Havr”ı 3 cavabsız qolla yenib.

13-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
13-cü tur

21 noyabr

Nitsa – Olimpik (Marsel) 1:5
Qollar: Ço, 63 – Obameyanq, 11. Qrinvud, 33; 53. Vea, 58. Payşao, 74.

22 noyabr

Lans – Strasburq 1:0
Qol: Qaniu, 69.

Renn – Monako 4:1
Qollar: Ait Budlal, 20. Kamara, 48. Embolo, 73. Blas, 83-pen – Bieret, 90+5.

PSJ – Havr 3:0
Qol: Li Kan, 29. J.Neves, 65. Barkola, 87.

23 noyabr

18:00. Oser – Olimpik (Lion)
20:15. Brest – Mets
20:15. Nant – Loryan
20:15. Tuluza – Anje
23:45. Lill – Paris

Xəbəri sosial şəbəkələrdə paylaş: