Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
15-ci tura dekabrın 13-də Şamaxıda start veriləcək. Turun digər oyunları ilin son ayının 14-nə və 15-nə təsadüf edəcək. Tura Bakıda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.
Premyer Liqa
15-ci tur
13 dekabr
“Şamaxı” – “Zirə”
Şamaxı şəhər stadionu, 14:00.
“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 16:30.
14 dekabr
“Kəpəz” – “Qəbələ”
Yevlax şəhər stadionu, 14:00.
“Qarabağ” – “Araz-Naxçıvan”
Bakı. “Azersun Arena”, 17:30.
15 dekabr
“İmişli” – “Karvan”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Neftçi” – “Sumqayıt”
Bakı. “Neftçi Arena”, 19:00.


