Premyer Liqa: 16-cı turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

16-cı tura dekabrın 19-da Yevlaxda start veriləcək. Turun digər oyunları ilin son ayının 20-nə, 21-nə və 22-nə təsadüf edəcək. Tura Sumqayıtda keçiriləcək “Sumqayıt” – “Sabah” matçı ilə yekun vurulacaq.

Premyer Liqa
16-cı tur

19 dekabr

“Kəpəz” – “Turan Tovuz”
Yevlax şəhər stadionu, 14:00.

20 dekabr

“Karvan” – “Neftçi”
Yevlax şəhər stadionu, 14:00.

“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 16:30.

21 dekabr

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan” – “Şamaxı”
“Dalğa Arena”, 17:30.

22 dekabr

“Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: