Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Kəpəz” “Zirə”ni qəbul edəcək. Ötən tur “Karvan”ı yenməkə “zirzəmi”dən canını xilas etmiş Gəncə təmsilçisi bu uğurun davamını gətirməyə çalışacaq. Özü də gəncəlilər “Zirə”ni də məhz “Karvan”ı yendiklə Yevlax şəhər stadionunda qəbul edəcəklər. Amma turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış zirəlilər də 4 oyundur məğlubiyyət tanımırlar. Rəşad Sadıqovun kollektivi bu oyunlarda 3 qələbə qazanıblar, 1 heç-heçə ediblər.
Günün digər oyunu “Turan Tovuz”la “Neftçi” arasında baş tutacaq. 23 xalla 3-cü pillədə qərarlaşmış Kurban Berdıyev yaxşı günlərini yaşamayan paytaxt təmsilçisini xalsız yola salmağa çalışacaq. Tovuzlular da eyni xala malik olduqları “Zirə” kimi 4 oyundur məğlubiyyət tanımırlar – 2 qələbə, 2 heç-heçə. “Neftçi” isə son iki turda məğlubiyyətlə üzləşib. Sonuncu – “İmişli” ilə ev oyunundakı 2:3 hesablı yenilgidən sonra hətta komandanın baş məşqçisi də istefaya göndərilib. Yeni baş məşqçi axtarışında olan “ağ-qaralar”ın belə çətin bir dövrdə çətin Tovuz səfərindən xal və ya xallarla qayıtması heç də inandırıcı görünmür.
Premyer Liqa
13-cü tur
28 noyabr
“Kəpəz” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 14:00.
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.
29 noyabr
“İmişli” – ”Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Qarabağ” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azersun Arena”, 17:00.
30 noyabr
“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 14:00.
“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu, 16:30.


