Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Qubada “İmişli” ilə ”Sabah” arasında keçiriləcək. Qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Ötən tur “Neftçi”ni məğlub etmiş “İmişli” paytaxt daha bir təmsilçisinə sürpriz yaşatmağa çalışacaq. Amma “Sabah” son 9 oyunda məğlubiyyət tanımır. “Bayquşlar” bu görüşlərdə 4 heç-heçə edib, 5 qələbə qazanıblar.
Lider “Qarabağ” isə bu turda “Karvan”ı qəbul edəcək. “Azersun Arena”da keçiriləcək qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək. 26 xalla zirvədə qərarlaşmış Ağdam təmsilçisi autsayderlə görüşdə sürprizə imkan verməməyə çalışacaq. Baş məşqçi postunda Azər Həşimovu Füzuli Məmmədovla əvəzləmiş, amma bunu rəsmi olaraq açıqlamamış Yevlax təmsilçisində isə işlər heç də qaydasında getmir. Bu üzdən “Karvan”ın iddialı rəqiblə görüşdə növbəti məğlubiyyətini alacağı şübhə doğurmur.
Premyer Liqa
13-cü tur
28 noyabr
“Kəpəz” – “Zirə” 0:2
Qollar: Leroy Mikels, 62. İssa Cibrilla, 84.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 14:00.
“Turan Tovuz” – “Neftçi” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.
29 noyabr
“İmişli” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Qarabağ” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azersun Arena”, 17:00.
30 noyabr
“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 14:00.
“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu, 16:30.


