Premyer Liqa: “Sabah” “İmişli”yə Qubada 3 qol vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qubada “İmişli” ilə ”Sabah” arasında baş tutub.

Qarşılaşmanı Elçin Məsiyev idarə edib. Ötən tur “Neftçi”ni məğlub etmiş “İmişli” paytaxtın daha bir təmsilçisinə sürpriz yaşatmağa çalışıb. Amma “Sabah” son 9 oyunda məğlubiyyət tanımırdı. “Bayquşlar” bu görüşlərdə 4 heç-heçə edib, 5 qələbə qazanmışdılar. Elə bu oyunda da sevinən tərəf məhz “Sabah” olub. Valdas Dambrauskasın komandası rəqibini 3 cavabsız qolla üstələyib.

Premyer Liqa
13-cü tur

29 noyabr

“İmişli” – “Sabah” 0:3
Qollar: Amin Seydiyev, 54. Stiv Solvet, 60. Kahim Parris, 90+3.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Sabah: 92. Stas Pokatilov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 80. Akim Zedadka, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: