Premyer Liqa: “Şamaxı” “Sumqayıt”a, “Qəbələ” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

“Şamaxı” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək.

Ötən tur “Qarabağ”a uduzmuş “Sumqayıt” Şamaxıda həmin yenilgini unutdurmağa çalışacaq. Saşa İliçin komandası hazırda 20 xalla 5-ci pillədə qərarlaşıb. Son iki turda 4 xal qazanmış “Şamaxı” isə 14 xalla 9-cudur. Əyalət təmsilçisi doğma meydanda uğurlu seriyanı davam etdirmək arzusundadır.

Turun qapanış matçında isə “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyunun baş hakimi Kamal Umudlu olacaq.

Ardıcıl 4 oyundur uduzan “Qəbələ” uğursuz gedişata “Araz-Naxçıvan”la oyunda son qoymağa çalışacaq. İstefası gündəmdə olan Kaxaber Sxadadzenin komandası hazırda 5 xalla iki aşkar autsayderdən biridir. “Araz-Naxçıvan” isə hazırda 20 xalla 6-cıdır. Komanda liderlər qrupundan çox aralanmamaq üçün səfərdən xal və xallarla qayıtmağa çalışacaq.

Premyer Liqa
13-cü tur

28 noyabr

“Kəpəz” – “Zirə” 0:2
Qollar: Leroy Mikels, 62. İssa Cibrilla, 84.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Neftçi” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.

29 noyabr

“İmişli” – “Sabah” 0:3
Qollar: Amin Seydiyev, 54. Stiv Solvet, 60. Kahim Parris, 90+3.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Qarabağ” – “Karvan” 2:0
Qollar: Emmanuel Addai, 79. Nəriman Axundzadə, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azersun Arena”, 17:00.

30 noyabr

“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 14:00.

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: