Azərbaycan Premyer Liqasının 13-cü turunun “Karvan”la ev oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçda Ağdam təmsilçisinin baş məşqçisi kimi 800-cü oyununu keçirib.
2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vurmuş Ağdam klubu 631 top buraxıb.
Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, Azərbaycan Kubokunda 75, avrokuboklarda 187 matça çıxıb.
Qeyd edək ki, Qurban Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.


