London “Arsenal”ının keçmiş oyunçusu Lukas Podolski “topçular”ın cari mövsümdə İngiltərə çempionu olacağına ümidlidir.
Arena.az hazırda Zabje “Qurnik”ində çıxış edən 40 yaşlı almaniyalı mərkəz hücumçusunun müvafiq açıqlamasını təqdim edir:
“Ümidvaram, onlar İngiltərə çempionu adını qazanacaqlar. Onların buna müəyyən imkanları var. Hazırda “Arsenal” üstünlük saxlayır və müdafiədə fövqəladə güclüdür”, deyə Podolski vurğulayıb.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə inamlı çıxışı ilə diqqət çəkir. Mikel Artetanın rəhbəlik etdiyi komana keçirdiyi 13 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. “Topçular” hazırda 30 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıblar. “Mançester Siti” 25 xalla ikincidirsə, “Çelsi” və “Aston Villa”nın 24 xalı var. Son çempion “Liverpul” isə 21 xalla 8-ci sırada qərarlaşıb.


