Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Əyalət təmsilçilərinin Qəbələdə baş tutacaq görüşünü Tural Qurbanov idarə edəcək. Hazırda 24 xalla 4-cü olan Tovuz təmsilçisi qələbə qazanmaqla liderlər qrupunda möhkəmlənməyə çalışacaq. Amma Kurban Berdıyevin komandası ardıcıl 3 oyundur 1 xalla kifayətlənir. 8 xalla 10-cu olan “Qəbələ” isə növbəti qələbəsini qazanmaq arzusundadır.
Günün digər oyunu iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” arasında keçiriləcək. Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma “Masazır Arena”da keçiriləcək. 25 xalla 3-cü olan “Sabah” qalib gəlsə, ikinci sıraya yüksələcək. Son üç oyununda 2 məğlubiyyət, 1 heç-heçə görmüş “Neftçi” isə 16 xalla 8-cidir.
14-cü turun qalan görüşləri dekabrın 9-da keçiriləcək.
Premyer Liqa
14-cü tur
6 dekabr
“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
7 dekabr
“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.
8 dekabr
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.
“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.
9 dekabr
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.
“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.


