“Şamaxı” 25-ci dəfə səfər oyununda darmadağına sevindi

“Şamaxı” futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turunda baş verib.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub “Karvan”ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Səfərdə ilk böyükhesablı qələbəsini 2001/2002-ci illər mövsümündə “Xəzər Universiteti” kimi qazanmış komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Premyer Liqanın cari mövsümündə 14 oyuna 4 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Əyalət təmsilçisi 17 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: