Premyer Liqa: “Sabah” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün 1-ci turundan təxirə salınmış oyun keçiriləcək.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Sabah”la “Qarabağ” arasında baş tutacaq.

Masazırda keçiriləcək görüşü Elçin Məsiyev idarə edəcək.

Xatırladaq ki, “Qarabağ” hazırda 14 oyuna topladığı 33 xalla zirvədə qərarlaşıb. “Sabah” isə 31 xalla ikincidir. Bir sözlə, paytaxt təmsilçisi güclü rəqibinə qalib gələ bilsə, qış fasiləsinə lider kimi yollana bilər. Ağdam təmsilçisi qalib gələcəyi halda isə ən yaxın izləyicisini 5 xal qabaqlamış olacaq.

Premyer Liqa
1-ci turun oyunu
18 dekabr

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: