Futbol üzrə Azərbaycan Birinci Liqasında çıxış edən “Səbail” 2025/2026-cı illər mövsümünün qalan hissəsinə Bayılda hazırlaşacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “dənizçilər”in qış hazırlıq planı bəlli olub. Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını “Bayıl Arena”da keçirəcək. Hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Rəqiblərin kimliyi hələlik müəyyənləşməyib.
Xatırladaq ki, “Səbail” Azərbaycan Birinci Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 12 turunda 22 xal toplayıb və yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Dənizçilər” 12 oyunda 6 qələbə qazanıblar, 4 heç-heçə ediblər, 2 məğlubiyyətə üzülüblər.
Qeyd edək ki, Birinci Liqanın yarış cədvəlinə 30 xala malik “Şəfa” başçılıq edir. “Baku Sportinq” 25 xalla ikincidir.


