Fransanın PSJ klubu yarımüdafiəçisi Yulian Draksler ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alman futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Yulian Draksler 2017-ci ildən PSJ-də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Liqa 1-də 24 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniya yığmasının da üzvü olan Drakslerin PSJ ilə əvvəlki müqaviləsi yaya qədər idi.


