“Lids” iki futbolçusu ilə yollarını ayırır

İngiltərənin “Lids” klubu mövsümün sonunda iki futbolçusu ilə yollarını ayıracaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Lids” Pablo Hernandes və Qaetano Berardinin mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.

Berardi 2014, Pablo isə 2017-ci ildən “Lids”də çıxış edirdi. İsveçrədən olan, bu ölkənin millisində də oynamış Qaetano, bu komandada 156 oyuna çıxıb, 2 qol vurub. 32 yaşlı futbolçu daha öncə “Breşiya” və “Sampdoriya”da da forma geyinib. Pablo isə 168 matçda 36 qolla yadda qalıb. 36 yaşlı ispan futbolçu daha öncə “Rayo Valyekano”, “Əl Nəsr”, “Əl Ərəbi”, “Suonsi Siti”, “Valensiya”, “Xetafe”, “Kadis” kimi komandalarda da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: