Futbol üzrə Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa qarşıdakı dünya çempionatından (DÇ-2026) sonra bu komandadan ayrılacaq.
Arena.az xəbər verir ki, 70 yaşlı mütəxəssis bunu özü açıqlayıb.
Byelsanın rəhbərlik etdiyi Uruqvay milli komandası mundialın H qrupunda İspaniya, Kabo Verde və Səudiyyə Ərəbistanı yığmaları ilə üz-üzə gələcək.
Marselo Byelsa Uruqvay yığmasını 2023-cü ilin may ayından çalıdırır. “Seleste” təcrübəli mütəxəssisin rəhbərliyi altında indiyə qədərə 33 oyun keçirib, 16 qələbə, 10 heç-heçə və 7 məğlubiyyət yaşayıb. Topların fərqi isə 56:31 nisbətindədir.
Byelsa ötkəm xasiyyəti ilə tanınır. Argentinalı mütəxəssis məşqçilik fəaliyyətinə 1982-ci ildə “Nyuells Old Boyz”da başlayıb. Byelsanın əlindən “Atlas” (Qvadalaxara), “Amerika” (Mexiko), “Veles Sarsfild”, “Espanyol”, Argentina və U-23 yığması, Çili yığması, “Atletik” (Bilbao), “Olimpik” (Marsel), “Latsio”, “Lill”, “Lids”, həmçinin Uruqvayın U-23 yığması keçiblər.


