Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Avstriyada baş tutacaq təlim-məşq toplanışı üçün heyəti açıqlayıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan milli komandası mayın 28-dən 30-na qədər Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoxlama oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.
Ayxan Abbasov bu toplanışlar və yoxlama oyunları üçün 28 futbolçuya dəvət göndərib:
- Rza Cəfərov – Qəbələ
- Şahrudin Məhəmmədəliyev – Qarabağ
- Emil Balayev – Neftçi
- Bədavi Hüseynov – Qarabağ
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
- Rahil Məmmədov – Araz-Naxçıvan
- Elvin Bədəlov – Neftçi
- Rəhman Daşdəmirov – Sabah
- Qismət Alıyev – Zirə
- Elvin Cəfərquliyev – Qarabağ
- Rüfət Abbasov – Şamaxı
- Tellur Mütəllimov – Sabah
- Toral Bayramov – Qarabağ
- Emin Mahmudov – Neftçi
- Səbuhi Abdullazadə – Sumqayıt
- Rəhim Sadıxov – Turan Tovuz
- Mustafa Əhmədzadə – Araz-Naxçıvan
- Emil Səfərov – Neftçi
- Abdulla Xaybullayev – Sabah
- Aleksey İsayev – Sabah
- Rüstəm Əhmədzadə – Sumqayıt
- Ayxan Hüseynov – Turan Tovuz
- Vüsal İsgəndərli – Partizani (Albaniya)
- Xəyal Əliyev – Sabah
- Nəriman Axundzadə – Kolumbus Kru (ABŞ)
- Mahir Emreli – Kayzerslautern (Almaniya)
- Renat Dadaşov – Motor (Polşa)


