Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” oyunçuları Aleksandr Ramalinqom və Rayan Senhadji ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Onların klubla müqaviləsinin müddəti başa çatıb. “Sumqayıt” legionerləri ilə yeni müqavilə bağlamağa ehtiyac duymayb. Klub hər iki futbolçuya komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Madaqaskar millisinin də üzvü olan Aleksandr Ramalinqom 2025-ci ilin yayından “Sumqayıt”da çıxış edirdi. 33 yaşlı hücumçu bu komandanın heyətində meydana çıxdığı 34 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Aleksandr Ramalinqom ölkəmizdə daha öncə “Səbail”in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.
Rayan Senhadji də “Sumqayıt”a 2025-ci ilin yayında cəlb edilmişdi. Əlcəzair və Fransa vətəndaşlığına malik 28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan klubunun heyətində 32 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.



