Yoxlama oyunu: Niderland və Fransa yığmalarından qələbə

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Niderland və Özbəkistan yığmaları arasında keçirilib.

DÇ-2026-nın iştirakçıları olan bu komandaların görüşü Nyu-Yorkda baş tutub. Görüş dramatik sonluqla yekunlaşıb. Niderland yığması azlıqda qaldıqdan sonra 90+2-ci dəqiqədə qapısında qol görüb. Buna baxmayaraq, son saniyələrdə “narıncılar” qələbə qolunu vurmağa müvəffəq olublar.

Fransa yığması da DÇ-2026 öncəsi son yoxlama oyununu keçirib. Didye Deşamın komandası Şimali İrlandiya ilə üz-üzə gəlib. Maykl Olisenin het-triki fransızlara qələbə qazandırıb.

İspaniya millisi isə DÇ-2026 öncəsi yoxlama matçında Peru yığmasını məğlub edib. Meksikanın Puebla şəhərində keçirilmiş görüş ispanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yoxlama oyunu
8 iyun

Şri Lanka – Butan 4:1
Niger – Mavritaniya 0:1
Niderland – Özbəkistan 2:1
Fransa – Şimali İrlandiya 3:1

İspaniya – Peru 3:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: