DÇ-2026: Meksika 1/8 finala yüksəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Mundialın ev sahiblərindən olan Meksika millisi 1/8 finala vəsiqə uğrunda Ekvador yığması ilə qarşılaşıb. Mexikoda təşkil edilmiş matçda meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Qalib komandanın qollarını Xulian Kinyoneslə Raul Ximenes vurublar.

Bu qələbə sayəsində 1/8 finala adlamış Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.

Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç və Fransa yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.

DÇ-2026
1/16 final
1 iyul

Meksika – Ekvador 2:0
Qollar: Xulian Kinyones, 22. Raul Ximenes, 31.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: