Nataniel Braun “Bayern”də – Rəsmi

Futbol üzrə Almaniya millisinin və “Ayntraxt” (Frankfurt) klubunun müdafiəçisi Nataniel Braun bundan sonra “Bayern”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalanıb. Almaniya mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 50 milyon avro təşkil edib.

Braun son iki mövsümdə “Ayntraxt”ın əsas oyunçularından biri olub. O, Frankfurt klubunun heyətində ümumilikdə 75 rəsmi matçda meydana çıxaraq 7 qol vurub və 13 məhsuldar ötürmə verib. Müdafiəçi sürəti, hücumlara fəal qoşulması və çoxfunksiyalı oyunu ilə seçilir. O, həm sol cinah müdafiəçisi, həm də cinah yarımmüdafiəçisi kimi çıxış edə bilir.

Nataniel Braun 2024-cü ildə Almaniya millisində debüt edib. Müdafiəçi millinin heyətində meydana çıxdığı 8 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: