DÇ-2026-da ev sahiblərinin hamısı 1/8 finalda dayandı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-da bütün təşkilatçı ölkələrin milliləri turnirlə 1/8 final mərhələsində vidalaşıb.

Arena.az xəbər verir ki, ev sahiblərindən son olaraq ABŞ millisi mübarizəni dayandırıb.

Amerikalılar mundialın 1/8 final mərhələsində Belçika yığmasına 1:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıblar.

Bundan əvvəl Kanada millisi Mərakeş yığmasına 0:3 hesabıyla uduzmuşdu. Meksika millisi isə İngiltərə yığmasına 2:3 hesabı ilə uduzaraq 1/8 final mərhələsində mübarizəni başa vurmuşdu.

Beləliklə, DÇ-2026-da ev sahibi olan hər üç ölkənin millisi 1/8 final mərhələsində turnirdən kənarda qalıb.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu Argentina millisidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: