Gürcüstanın “İberiya” klubunun mərkəz hücumçusu Tornike Axvlediani bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Tornikenin son klubu Gürcüstan çempionu “İberiya” olub. O, 2024-cü ilin avqustundan formasını geyindiyi komandanı bu ilin yayında azad agent kimi tərk etmişdi. Hücumçu “İberiya”da 57 oyun keçirsə də, cəmi 3 qol və 4 assist müəllifi olub.
Tornike Axvlediani daha öncə “Torpedo” (Kutaisi), “Dinamo” (Tiflis), “Samtrediya”, “Telavi”, “Sxinvali” kimi klubların da formasını geyinib.
“Şamaxı” bu yay Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Jota, Rui Paçeko və David Deqonu da heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalanıb. Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.


