“Qarabağ” və “Zirə” komandalarının ötən gün qazandıqları qələbələr sayəsində Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.
Arena.az xəbər verir ki, bu, sözügedən komandaların avrokubokların 1-ci təsnifat mərhələsinin cavab oyunlarında da qələbə qazanmaları sayəsində mümkün olub.
Ağdam təmsilçisi Avropa Liqasında İslandiyanın “Vestri”, “qartallar” Avropa Konfrans Liqasında Gürcüstanın “Torpedo” komandasını 3 cavabsız qolla üstələyib. Hər iki qarşılaşma səfərdə baş tutub.
Beləliklə, ölkəmizin cari mövsümdə qazandığı əmsal 1,500-ə çatıb. Azərbaycan (20,062) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750, 27-ci mövqedəki Bolqarıstanın 18,562 əmsalı var.
Xatırladaq ki, daha öncə Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” da ilk raunddakı hər iki oyunundan qələbə ilə ayrılmışdı. Beləliklə, Azərbaycanın hər üç təmsilçisi ilk raundda maksimum nəticə göstərməklə möhtəşəm uğura imza atıblar. Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən etibarən “Neftçi” də mübarizəyə qoşulacaq.
UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.


