ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatının (DÇ-2026) qalibləri tarixdə ilk dəfə xüsusi çempionluq üzükləri ilə mükafatlandırılacaqlar.
Arena.az xəbər verir ki, Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 2026 ədəd çempionluq üzüyü hazırlanacaq. Onlardan 30-u dünya çempionu olacaq yığmanın futbolçuları üçün ayrılıb. Qalan 1996 üzük isə dünyanın müxtəlif ölkələrindəki azarkeşlər üçün satışa çıxarılacaq.
Beləliklə, dünya çempionatı tarixində ilk dəfə qalib komandanın üzvlərinə çempionluq üzükləri təqdim ediləcək. Bu ənənə daha çox Şimali Amerikanın peşəkar idman liqalarında – NBA, NFL, NHL və MLB-də tətbiq olunur.
Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina və İspaniya milliləri üz-üzə gələcəklər. Qarşılaşma iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


