Futbol üzrə Argentına milli komandasının keçmiş hücumçusu Ernan Krespo Meksika çempionatında mübarizə aparan “Atlas”ın baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, Ernan Kresponun sonuncu iş yeri bi ilin mart ayında ayrıldığı Braziliyanın “San Paulo” komandası olub. O, daha öncə “Əl-Əyn”, “Əl-Dühail”, “Defensa və Xustisiya”, “Banfild”, “Modena”, “Parma” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Ernan Krespo futbolçu kimi vaxtilə “River Pleyt”, “Parma”, “Latsio”, “İnter”, “Milan”, “Cenoa” və “Çelsi” kimi tanınmış klublarda çıxış edib. Əfsanəvi hücumçu Argentina millisinin heyətində 64 matçda 35 qol vurub.


