Azərbaycan klublarının (“Neftçi”, “Zirə” və “Qarabağ”) Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, turnirin 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
“Neftçi” bu turnirin 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasını məğlub etsə, növbəti raundda “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyun səfərdə baş tutacaq.
“Zirə” 2-ci raundda Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyun evdə baş tutacaq.
Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq “Qarabağ” da bu mərhələdə məğlub olacağı təqdirdə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdamlıların ilk oyunu səfərdə olacaq.
Xatırladaq ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Püşkün nəticələrinə əsasən komandalar aşağıdakı cütlüklərə bölünüb:
Avropa Konfrans Liqası
Çempionlar yolu
Tre Fiorini (San Marino) – Floriana (Malta)/Drita (Kosovo)
Borats (Bosniya və Herseqovina)/Petrokub (Moldova) – Vitebsk (Belarus)/Sutyeska (Monteneqro)
Flora (Estoniya)/TNS (Uels) – İnter Eskaldes (Andorra)
Vardar (Şimali Makedoniya)/Riqa (Latviya) – Attert (Lüksemburq)/Dyor (Macarıstan)
Əsas yol
Başakşəhər (Türkiyə)/İnter Turku (Finlandiya) – Vaduts (Lixtenşteyn)/Atletik Eskaldes (Andorra)
Dinamo (Tiflis, Gürcüstan)/Jalgiris (Litva) – Hayduk (Xorvatiya)/Pafos (Kipr)
Partizan (Serbiya)/UNA (Lüksemburq) – Panevejis (Litva)/Tobol (Qazaxıstan)
Paks (Macarıstan)/Panatinaikos (Yunanıstan) – Spartak (Trnava, Slovakiya)/ÇSKA 1948 (Bolqarıstan)
Voyvodina (Serbiya)/Ayaks (Niderland) – Şelburn (İrlandiya)/Nomme Kalyu (Estoniya)
Styaua (Rumıniya)/Auda (Latviya) – Alüminiy (Sloveniya)/Dinamo Siti (Albaniya)
Zimbru (Moldova)/Noa (Ermənistan) – BATE (Belarus)/Syon (İsveçrə)
Jelezniçar (Serbiya)/Braqa (Portuqaliya) – Neftçi (Azərbaycan)/Dinamo (Minsk, Belarus)
Valyur (İslandiya)/Jrinski (Bosniya və Herseqovina) – QAİS (İsveç)/Nordsyelland (Danimarka)
Şerif (Moldova)/Makkabi (Təl-Əviv (İsrail) – Sent-Qallen (İsveçrə)/Benfika (Portuqaliya)
Hapoel (Təl-Əviv, İsrail)/Ludoqorets (Bolqarıstan) – Jilina (Slovakiya)/Katovitse (Polşa)
AEK Larnaka (Kipr)/Beytar (İsrail) – Liepaya (Latviya)/Austria (Avstriya)
Alaşkert (Ermənistan)/ÇFR (Rumıniya) – Tromse (Norveç)/Hradeç (Çexiya)
Dinamo (Kiyev, Ukrayna)/PAOK (Yunanıstan) – Qarabağ (Azərbaycan)/ÇSKA (Sofiya, Bolqarıstan)
Universitatya Kluj (Rumıniya)/Brann (Norveç) – Dila (Gürcüstan)/Apollon (Kipr)
Luqano (İsveçrə)/Dukagini (Kosovo) – Runavik (Farer adaları)/Koper (Sloveniya)
Rakuv (Polşa)/Valletta (Malta) – Hammarbü (İsveç)/Anderlext (Belçika)
HJK (Finlandiya)/Kolreyn (Şimali İrlandiya) – Motervell (Şotlandiya)/Torshavn (Farer adaları)
Malişeva (Kosovo)/Hibernian (Şotlandiya) – Bravo (Sloveniya)/Şkendiya (Şimali Makedoniya)
Göteborq (İsveç)/Levadiya (Estoniya) – LNZ (Ukrayna)/Gent (Belçika)
Payde (Estoniya)/Zirə (Azərbaycan) – Santa Koloma (Andorra)/Rapid (Avstriya)
Bohemians (İrlandiya)/Balkani (Kosovo) – Beşiktaş (Türkiyə)/Midtyulland (Danimarka)
Debretsen (Macarıstan)/Pyunik (Ermənistan) – Polesye (Ukrayna)/Kopenhagen (Danimarka)
Varajdin (Xorvatiya)/Yablonets (Çexiya) – RFS (Latviya)/Vestri (İslandiya)
Riyeka (Xorvatiya)/Derri Siti (İrlandiya) – Styarnan (İslandiya)/İlves (Finlandiya)
Tvente (Niderland)/Ferentsvaroş (Macarıstan) – Dunayska Streda (Slovakiya)/Velej (Bosniya və Herseqovina)


