“Araz-Naxçıvan” əvəzedici komandasına 11 qol vurdu

2026/2027-ci illər mövsümü ərəfəsində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” komandası bu gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırlıq prosesi çərçivəsindəki ilk sınaq matçında əvəzedici heyətini sınağa çəkib.

Cavid Hüseynovun rəhbərlik etdiyi komanda bu görüşdə 11:2 hesabı ilə qələbə qazanıb. Bununla da Naxçıvan komandası hazırlığın birinci mərhələsini başa vurub. Sabah istirahət edəcək komanda üzvləri iyulun 22-də hazırlığın ikinci mərhələsinə start verəcəklər.

Ayın 31-dək davam edəcək ikinci mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” ilə görüşlər nəzərdə tutulub. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib. Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün də rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaqlar.

Naxçıvan komandasının bütün hazırlıq prosesi Bakıda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: