15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-15) Qazaxıstanda təşkil edilmiş UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Şimkənd şəhərində yerləşən “Namıs” stadionunda keçirilmiş görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 71-ci dəqiqədə Zəhra Əkbərli vurub.
Qeyd edək ki, U-15 millimiz növbəti oyununu avqustun 14-də Rusiya yığmasına qarşı keçirəcək. Sonuncu rəqib isə ayın 17-də Belarus yığması olacaq.
Komandamız bu turnirə aşağıdakı heyətlə yollanıb:
- Mədinə Şükürlu – Neftçi
- Çiçək Həsənli – Şəfa
- Safiya Cəfərova – Neftçi
- Gülay Allahverdiyeva – Neftçi
- Elina Kotikova – Sabah
- Asia Vahbi – Ulduz
- Rəbiyyə Əhməd – Ulduz
- Lamiyə Yarəliyeva – Alekseyevka (Quba)
- Mədinə Həmzəyeva – Kəpəz
- Fatimə İbrahimzadə – Sumqayıt
- Zəhra Nəcəfli – Neftçi
- Ləman Hüseynli – Şəfa
- Ayan Baxşalı – Şəfa
- Banu Sadiqova – Neftçi
- Nazlı Məmmədzadə – Sumqayıt
- Minayə Sadıxova – Sumqayıt
- Zeynəb Cabbarlı – Sumqayıt
- Yasmin İsazadə – Neftçi
- Zəhra Əkbərli – Neftçi
- Sara Qaribova – Neftçi


