Fransanın “Strasburq” klubunun hücumameyilli yarımmüdafiəçisi Xulio Enkiso bundan sonra “İpsviç Taun”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“İpsviç Taun” bu transfer üçün 30,5 milyon avrosundan keçib. 22 yaşlı paraqvaylı oyunçu ilə müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Libertad”ın yetirməsi olan Xulio Enkiso “Strasburq”a 2025-ci ilin yayında “Brayton”dan 9 milyon avro müqabilində keçmişdi. Paraqvay millisinin üzvü 2025/2026-cı illər mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Strasburq”a keçənə qədər “İpsviç Taun”da icarədə də olmuşdu.
Enkiso 2021-ci ildə debüt etdiyi Paraqvay milli komandasının heyətində 37 oyuna 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.


