İngiltərənin “Mançester Siti” klubu Belçika millisinin də üzvü olan cinah hücumçusu Jeremi Doku ilə müqaviləsini yeniləyib.
Arena.az bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən xəbər verir.
Tərəflər arasında yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Yeni müqavilə Dokunun klubdakı gələcəyinin uzunmüddətli əsasda müəyyənləşdiyini göstərir. “Mançester Siti” 24 yaşlı hücumçunun sürəti, fərdi bacarığı və hücum xəttində yaratdığı təhlükədən qarşıdakı illərdə də yararlanmağı planlaşdırır.
Jeremi Doku Belçikanın “Beersxot” və “Anderlext” klublarının yetirməsidir. O, 2020-ci ildə 26 milyon avro müqabilində “Anderlext”dən Fransanın “Renn” klubuna keçib. “Mançester Siti” onu 2023-cü ilin yayında “Renn”dən 60 milyon avro qarşılığında transfer edib. Dokunun “şəhərlilər”lə əvvəlki müqaviləsi 2028-ci ilin 30 iyununa qədər idi.
Belçikalı vinger “Mançester Siti”nin heyətində keçirdiyi müddətdə bütün turnirlər üzrə 131 rəsmi matçda iştirak edib. Doku bu qarşılaşmalarda 22 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
Doku 2020-ci ilin sentyabrında debüt etdiyi Belçika yığmasının heyətində 48 oyun keçirib, 7 qol vurub, 16 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 7 5milyon avro məbləğində qiymətləndirir.


