“Qarabağ”ın braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt bundan sonra Malayziyanın “Johor” klubunda forma geyinəcək.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Azərbaycan klubundan ayrılmağa qərar verib.
Braziliyalı müdafiəçinin vidasını Ağdam klubu rəsmi saytı vasitəsilə açıqlayıb. 2025-ci ilin yayında “Qarabağ”a keçmiş cinah oyunçusu bu müddətdə 43 oyun keçirib, 1 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
Klub futbolçuya çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Boltun “Johor”a keçidinin detalları və yeni klubu ilə müqaviləsinin müddəti açıqlanmır. Amma sözügedən klub da artıq Boltun “Johor” formasıyla videosunu paylaşıb və ona uğurlar arzulayıb.
Qeyd edək ki, bu yay “Qarabağ”ın digər müdafiəçisi Kevin Medina da Ağdam klubundan ayrılaraq “Johor”la müqavilə bağlamışdı. Malayziya klubunda Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilov da çıxış edir.
Maraq üçün xatırladaq ki, “Qarabağ” Dani Boltu Portuqaliya təmsilçisi “Torrense”dən 400 min avro müqabilində transfer etmişdi. Tam adı Daniel Lima de Kastro olan futbolçu daha öncə Braziliyada çıxış edib və “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventude”nin şərəfini qoruyub.


