Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün 3-cü turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.
Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.
2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzublar. Bu matçlarda 247 qol vurmuş “Zirə” öz qapısında 187 top görüb.
Qeyd edək ki, Rəşad Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.
Rəşad Sadıqov 2020-ci ilin iyul ayından “Zirə”yə rəhbərlik edir. 44 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 243 oyuna çıxarıb, 112 qələbə, 70 heç-heçə və 61 məğlubiyyət görüb.


