Xavyer Aqirre – “Valensiya”nın baş məşqçisi!

Meksikalı futbol mütəxəssisi Xavyer Aqirre İspaniya La Liqasında mübarizə aparan “Valensiya” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

67 yaşlı çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Tərəflər arasında razılaşmada əməkdaşlığın daha bir il uzadılması imkanı da nəzərdə tutulub.

“Valensiya” sentyabrın 13-də baş məşqçi Karlos Korberanın istefaya göndərildiyini açıqlamışdı. La Liqada 7 turdan sonra 4 xal toplamış komanda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xatırladaq ki, Xavyer Aqirre son olaraq Meksika millisində çalışıb. O, 2026-cı il dünya çempionatından sonra yığmadakı vəzifəsindən ayrılıb.

Meksikalı mütəxəssis karyerası ərzində İspaniyanın “Malyorka”, “Leqanes”, “Espanyol”, “Saraqosa”, “Atletiko” və “Osasuna”, Meksikanın “Atlante”, “Paçuka” və “Monterrey”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klublarına rəhbərlik edib. Bundan əlavə, o, Misir və Yaponiya milli komandalarında baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: