AÇ-2027: U-19 millimizin əsas mərhələdəki rəqibləri bilindi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının (AÇ-2027) əsas mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu gün 2027-ci ildə keçiriləcək Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb.

Tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib. U-19 yığmamız 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstan milli komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-nə qədər Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq AÇ-2027-nin final mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: