Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün ilk turunun daha bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Turun növbəti oyununda NTD “Sumqayıt”la üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutmuş görüşdə “Sumqayıt” 111:94 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, daha öncə keçirilmiş mövsümün ilk oyununda son çempion “Sabah” “LANDAU Lions”u 84:74 hesabı ilə məğlub etmişdi.
Turun növbəti oyunu oktyabrın 3-də “Ordu” ilə “Gəncə” arasında keçiriləcək. Bu görüş də Bakı İdman Sarayında baş tutacaq.
ABL-də yeni mövsümün ilk turunun bir oyunu isə təxirə salınıb. Belə ki, “Naxçıvan” – “Neftçi” görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə başqa tarixdə keçiriləcək.


