Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə (2026/27) ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ilk qarşılaşmada Litvada “Ritas”ın qonağı olub.
Görüş meydan sahiblərinin 82:73 hesablı qələbəsi ilə başa çatıb. “Ritas” ilk periodu 16:20 hesabı ilə geridə başa vursa da, sonrakı üç periodun hər birində üstünlük əldə edərək yekunda qələbə qazanıb.
“Sabah”ın heyətində Frenki Fidler 19, Nik Perkins isə 16 xal toplayıblar.
Qeyd edək ki, A qrupunda bu iki komanda ilə yanaşı, Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” kollektivləri də mübarizə aparırlar.
Azərbaycan təmsilçisi növbəti oyununu oktyabrın 14-də səfərdə “Trabzonspor”a qarşı keçirəcək.


