Birinci Liqa: “Gəncəbasar” “Baku Sportinq”i xalsız yola saldı

Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Gəncəbasar” “Baku Sportinq”i qəbul edib. Gəncə təmsilçisi yekunda inamlı qələbəni bayram edib.

Birinci Liqa
4-cü tur
7 oktyabr

“Şahdağ Qusar” – “Zaqatala” 6:0
Qollar: İdir Butrif, 5. Mehrac Baxşalı, 19; 90. Joze Zenqo, 38; 62. Aqostinyo Çipesse, 83.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:30.

8 oktyabr

“Səbail” – “Karvan” 1:1
Qollar: Aldo Qomes Soares, 7 – Eze Sillas, 61.
Hakimlər: Emin Əliyev, Mirnihat Seyidov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:30.

9 oktyabr

MOİK – “Mingəçevir” 3:0
Qollar: Ceyhun Muxtarlı, 47. Bilal İsmayılov, 58. Əli Mürsəlov, 80-öz qapısına.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rasim Axundzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 15:30.

“Şimal” – “Xankəndi” 1:1
Qollar: Elnur İbrahimov, 11 – Bəhruz Teymurov, 77.
Hakimlər: Maqsud Şamıyev, Rəşad Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

10 oktyabr

“Gəncəbasar” – “Baku Sportinq” 2:0
Qollar: Dileyn Açimi, 49; 90+4
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: