Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turunun bütün təyinatları müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
5-ci turun görüşləri oktyabrın 15-də və 16-da keçiriləcək. Qarşılaşmaların hamısına saat 15:00-da start veriləcək.
Birinci Liqa
5-ci tur
15 oktyabr
“Zaqatala” – “Səbail”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Xankəndi” – “Şahdağ Qusar”
Hakimlər: Səbuhi Bayramov, Rəhman Aslanov, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Mingəçevir” – “Şimal”
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Samir Qaracayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.
16 oktyabr
“Baku Sportinq” – MOİK
Hakimlər: Alik Yunusov, Sevda Nuriyeva, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Baku Sportinq Arena”, 15:00.
“Karvan” – “Gəncəbasar”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:00.


