Futzal üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dünya çempionatının (DÇ-2028) 12-ci qrupunda yer alan komandamız noyabrın 5-də ev oyununa çıxacaq. Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq. Oyuna saat 17:00-da start veriləcək.
Qeyd edək ki, bu kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalı 788 azarkeş tutumuna malikdir.
Xatırladaq ki, futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının (DÇ-2028) əsas mərhələsində ilk oyununu da məhz Çexiya yığmasına qarşı keçirəcək. Millimiz bu rəqiblə oktyabrın 16-da səfərdə qarşılaşacaq. Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” idman arenasında keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


