Bu gün keçirilmiş oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Deportivo” doğma meydanda “Levante” ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Qeyd edək ki, İspaniya çempionatında 9-cu turun qalan oyunları oktyabrın 17-də, 18-də və 19-da keçiriləcək.
İspaniya, La Liqa
9-cu tur
16 oktyabr
Deportivo – Levante 1:1
17 oktyabr
16:00. Espanyol – Atletiko
18:15. Vilyarreal – Elçe
20:30. Betis – Barselona
23:00. Valensiya – Atletik
18 oktyabr
16:00. Osasuna – Rasinq
18:15. Selta – Alaves
20:30. Malaqa – Real Sosyedad
23:00. Real – Sevilya
19 oktyabr
23:00. Xetafe – Rayo Valyekano


