Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Bayer” – “Frayburq” matçı Leverkuzen təmsilçisinin çətin qələbəsi ilə yekunlaşıb. Mönhenqladbax “Borussiya”sı isə evdə “Hoffenhaym”a məğlub olub.
Beləliklə, geridə qalmış 6 turdan sonra 14 xala malik “Bayern”lə Dortmund “Borussiya”sı şərikli liderlik edirlər. “Frayburq” və “Bayer”in 14, “Maynts”la “Elversberq”in 10 xalı var.
Almaniya, Bundesliqa
6-cı tur
16 oktyabr
Ayntraxt – Köln 1:0
17 oktyabr
Elversberq – Auqsburq 4:3
Hamburq – Ştutqart 1:0
Şalke – Maynts 0:1
Union Berlin – Borussiya (Dortmund) 0:0
Verder – Paderborn 2:2
Bayern – Leypsiq 6:1
18 oktyabr
Bayer – Frayburq 2:1
Borussiya (Mönhenqladbax) – Hoffenhaym 1:2


