Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə Liqa Kubokunda 2026/2027-ci illər mövsümünün 1/8 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Bradford Siti” “Peterboro” ilə ev oyunundan inamlı qələbə ilə ayrılaraq 1/4 finala yüksəlib.
İngiltərə çempionu “Arsenal” isə “Flitvud”a məğlub olaraq turnirlə erkən vidalaşıb. “Flitvud”un meydanında keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri 5:3 hesabı ilə qalib gəliblər.
Beləliklə, İngiltərə futbolunun dördüncü divizionunda çıxış edən “Flitvud” turnirin 1/4 finalına yüksəlib.
Liqa Kubokunda digər 1/4 finalçılar oktyabrın 28-də və 29-da bəlli olacaq.
İngiltərə Liqa Kuboku
1/8 final mərhələsi
27 oktyabr
“Bradford Siti” – “Peterboro” 2:0
“Flitvud” – “Arsenal” — 1:1 (penaltilər seriyası: 5:3)
28 oktyabr
23:30. “Mançester Siti” – “Brayton”
23:45. “Bornmut” – “Aston Villa”
23:45. “Fulhem” – “Kristal Pelas”
23:45. “Sanderlend” – “Brentford”
00:00. “Liverpul” – “Çelsi”
29 oktyabr
23:45. “Everton” – “Nyukasl”


