“Şəfa” Azərbaycan Kubokunda 9 qolla mərhələ adladı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu günə nəzərdə tutulmuş beş oyundan daha biri başa çatıb.

Premyer Liqa təmsilçisi “Şəfa” bu mərhələdə “Ağstafa Gəncləri” ilə qarşılaşıb. 11 qolun qeydə alındığı oyunda elita təmsilçisi darmadağınla mərhələ adlayıb.

Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şahdağ Qusar” və “Şamaxı” da Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanıblar.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

28 oktyabr

“Şəfa” – “Ağstafa Gəncləri” 9:2
Qollar: Bafode Dansoko, 3; 9; 28. Treyvon Fuller, 14; 31. Elmar Məmmədov, 17; 30. Vüsal Qənbərov, 25. Luis Felipe, 87 – Elçin Qasımov, 44-pen. Hüseyn Alıyev, 61.
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena”, 16:00.

Şəfa: 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev (k), 28. Murad Musayev, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 18. Bafode Dansoko, 8. Vlad Pop, 22. Umar Diav, 7. Treyvon Fuller.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 12. Əlirza Müştəbazadə, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 9. Luis Felipe, 34. Kristofer Mamenqi.
Baş məşqçi: Zaur Həşimov.

Ağstafa Gəncləri: 1. Elgün Əmiraslanov, 8. Elgün Namazov (k), 10. Cavid İmamverdiyev, 22. Adil Tağıyev, 4. Şirməhəmməd Məmmədov, 2. İlkin Allahverdiyev, 18. Eldost Qiyasbəyli, 24. Eşqin Kərimli, 13. Ramin Süleymanov, 3. Nicat Oruclu, 20. Elçin Qasımov.
Ehtiyat oyunçular: 23. Uğur Məmmədhüseynov, 17. Elgün Salıfov, 15. Yunis Hüseynov, 6. Qəşəm Məmmədov, 7. Hüseyn Alıyev.
Baş məşqçi: Əli Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: