ÇL: “Qalatasaray”la “Barsa” evdə, “Bayern”lə PSJ səfərdə sevindi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində 4-cü tura start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Türkiyə çempionu “Qalatasaray” doğma meydanda Almaniya təmsilçisi “Ştutqart”la üz-üzə gəlib və 2 cavabsız qolla qələbə qazanıb.

Azərbaycan çempionu “Sabah”ın ÇL-dəki növbəti rəqiblərindən olan “Barselona” İspaniyada “Aston Villa”nı qəbul edib və darmadağına sevinib. “Vilyarreal” PSJ ilə qarşılaşmada biabırçı hesabla uduzub.

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun qalan oyunları noyabrın 4-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur

3 noyabr

Şaxtyor (Ukrayna) – Sportinq (Portuqaliya) 0:1
Qalatasaray (Türkiyə) – Ştutqart (Almaniya) 2:0
Barselona (İspaniya) – Aston Villa (İngiltərə) 3:0
Atletiko (İspaniya) – Bayern (Almaniya) 0:2
Mançester Yunayted (İngiltərə) – Roma (İtaliya) 3:2
Feyenoord (Niderland) – İnter (İtaliya) 0:3
Bodo Qlimt (Norveç) – Lill (Fransa) 0:0
Vilyarreal (İspaniya) – PSJ (Fransa) 0:6
LASK (Avstriya) – Slovan (Slovakiya) 4:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: