“DH Volley” Danimarka klubunu keçərək 1/16 finala yüksəldi

Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” Çağırış Kubokunun 2026/2027-ci illər mövsümünün 1/16 final mərhələsinə yüksəlib.

Arena.az xəbər verir ki, Bakı təmsilçisi bu gün turnirin 1/32 final mərhələsinin cavab oyununda Danimarkanın “Holte” komandasını qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilmiş qarşılaşmada “DH Volley” rəqibini 3:0 hesabı ilə məğlub edib – 26:24, 25:21, 25:14.

Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk oyunda da Azərbaycan təmsilçisi qalib gəlmişdi – 3:1.

Beləliklə, Azərbaycan Super Liqasında çıxış edən komanda iki oyunun nəticəsinə əsasən rəqibini mübarizədən kənarlaşdırıb. Azərbaycan klubu turnirin 1/16 final mərhələsində Polşanın “LKS Lodz” komandası ilə qarşılaşacaq. Bu oyunların dəqiq tarixi və başlama saatları daha sonra dəqiqləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: