Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutub.
“Şəfa” burada “Araz-Naxçıvan”ı qəbul edib. “Sumqayıt Arena”da təşkil edilmiş oyun 15 dəqiqə gec start götürüb. Buna “Araz-Naxçıvan”ın tıxac səbəbindən arenaya gec çatması səbəb olub. Autsayderlərin görüşünü FİFA referisi Əliyar Ağayev idarə edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Premyer Liqa
11-ci tur
7 noyabr
“Şəfa” – “Araz-Naxçıvan” 2:2
Qollar: Bafode Dansoko, 6. Arsen Ağcabəyov, 39 – Ağadadaş Salyanski, 35. Məhəmməd Mara, 43.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Sumqayıt Arena”, 16:00.
Şəfa: 97. Tyaqo Silva, 42. Elnur Cəfərov (k), 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 9. Luis Felipe.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 55. Rauf Hüseynli, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 8. Vlad Pop, 22. Umar Diav, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller.
Baş məşqçi: Zaur Həşimov.
Araz-Naxçıvan: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 2. Abdulla Rzayev, 9. Ağadadaş Salyanski, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 11. Məhəmməd Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 10. Çarlz Boli, 5. Luka Dumançiç.
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 22. Rəşad Həsənov, 53. Fərid Tağıyev, 21. İbrahim Piriyev, 77. Nihat Mehralıyev, 19. Abdallah Sudi.
Baş məşqçi: Yuri Maksimov.


