17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz AÇ-nin 2026/2027-ci illər mövsümündəki ilk oyununda bu gün Almaniya yığması ilə qarşılaşıb.
Qarşılaşma futbolçularımız üçün uğursuz alınıb. Belə ki, Emin Mustafayevin baş məşqçi olduğu komandamız bu rəqibinə biabırçı hesabla uduzub – 0:7. İlk hissədə qapısından 2 top buraxmış yığmamız fasilədən sonra daha 5 qola üzülüb.
Qeyd edək ki, U-17 millimiz AÇ-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını noyabrın 14-də (saat 19:30) Şimali İrlandiya, noyabrın 17-də (saat 14:00) isə Litva yığmalarına qarşı keçirəcək. İlk oyun Almaniyadakı “DFB Kampus”da, sonuncu görüş isə “Nidda-Sportfeld”də keçiriləcək.
Azərbaycan millisi Almaniyada təşkil edilmiş bu qrup mərhələsinin oyunlarına 21 nəfərlik heyətlə yollanıb:
Oqtay Mehrəliyev – Klubsuz
Bilal Hacıyev – Qarabağ
Ülvi Abbaslı – Sumqayıt
Vaqif Nəbiyev – Qarabağ
Cihad Sadıqov – Sabah
Ruslan Quliyev – Neftçi
Turan Ramazanov – Turan Tovuz
Emil Quliyev – Neftçi
Tunar Bayramov – Qarabağ
Vaqif Məmmədli – Sabah
Nicat Əhmədzadə – Marset (İspaniya)
Əhəd Hacızadə – Qarabağ
Yusif Orucəliyev – Qarabağ
Şikar Şikar – Neftçi
Tunar Əsgərzadə – Qarabağ
Rəsul Balakişiyev – İmişli
Sübhan Əlizadə – Neftçi
Qafar Babayev – Neftçi
Nazim Əliyev – Qrafiçar (Serbiya)
Yusif Quliyev – Qarabağ
Daniil Rəcəbov – Qarabağ


